News11 mar 2025
TikTok yeniyetmələrin təhlükəsizliyini və rifahını təmin etmək üçün yeni funksiyalar təqdim edir
TikTok, yeniyetmələrin onlayn təhlükəsizliyini artırmaq və valideyn nəzarətini gücləndirmək istiqamətində yeniliklər təqdim etməyə davam edir. Platforma, gənclər üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq və valideynlərə övladlarının tətbiqdən istifadəsini effektiv şəkildə idarə etməyə dəstək olmaq məqsədilə yeni funksiyalar istifadəyə verdiyini elan edib.
Xüsusilə, TikTok "Ailə Ayarları" bölməsində yeniyetmələrin müəyyən vaxt aralıqlarında platformaya girişini məhdudlaşdırmağa imkan verən funksiyanı istifadəyə təqdim edir. Bundan əlavə, yeni bir xüsusiyyət də təqdim olunur ki, bu da saat 22:00-dan sonra yeniyetmələrin TikTok-dan istifadə zamanı diqqətlərini yayındırmamaq və istirahət etmələrini təşviq etmək məqsədi daşıyır.
Genişləndirilmiş “Ailə ayarları” funksiyaları
TikTok-un valideyn nəzarəti sisteminin bir hissəsi olan "Ailə ayarları" alətinin istifadəyə verilməsindən artıq beş il keçib. Bu müddət ərzində platforma, mütəxəssislərin tövsiyələri və valideynlərin rəylərini nəzərə alaraq funksionallığını davamlı olaraq genişləndirib. Son yeniləmə çərçivəsində TikTok tərtibatçıları yeniyetmələrin müəyyən vaxt aralıqlarında platformaya girişini məhdudlaşdırmağa imkan verən yeni "Qeyri-aktiv Vaxt" funksiyasını istifadəyə təqdim edib.
İndi valideynlər:
• Övladlarının TikTok-dan istifadəsini məhdudlaşdıra, məsələn, dərs saatlarında və ya gecə vaxtı giriş qadağası təyin edə bilərlər.
• Rəqəmsal detoksun rahat tənzimlənməsi üçün təkrarlanan cədvəl yarada bilərlər.
• Əvvəllər tətbiq edilmiş məhdudiyyət dövründə valideynlər övladlarının tətbiqdən istifadə üçün göndərdiyi sorğuları təsdiq edə bilərlər.

Bundan əlavə, "Ailə ayarları"nın yeni funksionallığı valideynlərə övladlarının hesabları barədə daha geniş məlumat əldə etməyə imkan verir: Valideynlər üçün aşağıda qeyd olunan informasiyalar əlçatan olacaq:
• Övladlarının TikTok-da kimi izlədiyini və onun hesabına kimlərin abunə olduğunu.
• Yeniyetmənin hansı istifadəçiləri blokladığını.
Yaxın aylarda TikTok, valideyn nəzarəti aktiv edilməsə belə, yeniyetmələrin platformanın İcma Təlimatlarını potensial olaraq pozan məzmun barədə valideynlərinə məlumat verməsinə imkan yaradan funksiyanı da əlavə edəcək.
Sağlam rəqəmsal vərdişlərin dəstəklənməsi
TikTok, gənc istifadəçilərin tətbiqdən şüurlu istifadə etməsini təşviq etmək və gecə saatlarında fasilə vermələrinə dəstək olmaq üçün yeni funksiyasını təqdim edir. Bu funksiya çərçivəsində, 16 yaşdan kiçik istifadəçi saat 22:00-dan sonra TikTok-u açdıqda, tövsiyə lentində rahatladıcı musiqi ilə müşayiət olunan tam ekran bildirişi görünəcək və ona istirahət etməyi xatırladacaq.
Əgər yeniyetmə ilk xatırlatmadan sonra TikTok-dan istifadə etməyə davam edərsə, o, daha israrlı tam ekran siqnalı alacaq. Əvvəlki kimi TikTok yeniyetmələrə gecə vaxtı push bildirişləri göndərmir və bu ayarı dəyişdirmək mümkün deyil.
Bu funksiyanın sınaqdan keçirildiyi ölkələrdə yeniyetmələrin əksəriyyəti bildirişi saxlayaraq ona əməl etməyi seçib. Bundan əlavə, TikTok yaxın zamanda meditasiya məşqlərini test etməyi planlaşdırır, çünki tədqiqatlar göstərir ki, bu cür şüurlu təcrübələr yuxu keyfiyyətini artırmağa kömək edir.
TikTok, istifadəçilərinin rəylərinə əsaslanaraq platformanın inkişafını davam etdirir və bu çərçivədə qlobal miqyasda valideynlər və yeniyetmələr arasında araşdırmalar aparır. Məqsəd, istifadəçilərə sağlam onlayn vərdişlər formalaşdırmaqda necə daha effektiv dəstək verə biləcəyini müəyyən etməkdir.

Təhlükəsiz mühit Hazırda valideynlər yeniyetmə övladlarının hesablarında təhlükəsizlik, rifah və məxfiliklə bağlı 15-dən çox ayara giriş əldə edə bilirlər. Bunlara aşağıdakılar daxildir:
• Fərdi ekran vaxtı məhdudiyyətlərinin təyin edilməsi - Məsələn, valideynlər iş günlərində TikTok-dan istifadəyə 30 dəqiqə məhdudiyyət qoya və həftəsonları tətbiqdən daha uzun müddət istifadə etməyə icazə verə bilərlər. Müddət bitdikdə, yeniyetmə yalnız valideyn parolu daxil edildikdən sonra tətbiqdən istifadəni davam etdirə bilər. Əgər valideynlər məhdudiyyətləri əl ilə tənzimləməsə, 18 yaşdan kiçik bütün istifadəçilər üçün standart günlük limit 60 dəqiqə olaraq təyin edilir.
• Hesabın məxfiliyinin avtomatik qorunması – Əgər yeniyetmə öncədən profilini açıq rejimə keçirmişsə, hesab avtomatik olaraq şəxsi rejimə dəyişdirilir.
TikTok, valideynlər üçün daha əlçatan nəzarət alətləri təqdim edərək və gənc istifadəçilərə şüurlu rəqəmsal vərdişlər qazandırmağa dəstək olaraq, yeniyetmələr üçün təhlükəsiz və pozitiv rəqəmsal mühit yaratmağı hədəfləyir.
Yaşın təsdiqi üçün sənaye və vətəndaş cəmiyyəti ilə tərəfdaşlıq
Onlayn platformalar və tənzimləyici orqanlar üçün yaşın təsdiqi ən mürəkkəb məsələlərdən biridir. TikTok, platformadan istifadə siyasətinə uyğun olaraq, 13 yaşdan kiçik şəxslərin girişinin qarşısını almaq məqsədilə innovativ texnoloji həlləri tətbiq edir və istifadəçilərin yaşını təsdiqləmək üçün əlavə mexanizmlər təqdim edir.
News11 mar 2025
Azerbaijan